Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam, təhsil, mədəniyyət” mövzusunda dəyirmi masa

28 avqust 2019 | 11:00

   28 avqust 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “İslam, təhsil, mədəniyyət” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Qaradağ rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov, Azərbaycan Respublikası dini qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Bayram İsmayılov, Lökbatan məscidinin imamı Faiq Əhmədov və rayon fəalları iştirak edirdi.
   Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov açdı. O, dəyirmi masanın mövzusunun “İslam, təhsil, mədəniyyət” seçilməsinin səbəblərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq İslam dinində elmə, təhsilə, mədəniyyətə verilən qiymətdən, ona ayrılan diqqətdən söz açdı.
   Qaradağ rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov dövlət-din münasibətlərindən danışaraq dövlətimizin dini dəyərlərə olan diqqət və qayğısını nəzərə çatdırdı.
   Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Bayram İsmayılov islami dəyərlərlərdən söhbət açmaqla yanaşı qeyd etdi ki, İslam dinini və onun mahiyyətini düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan çox şey asılıdır. Əks təqdirdə bu mövhumatçılığa, dini ektremizmə aparan yollara meyl etməklə nəticələnə bilər. 
   Dövlətin məscidlərə və ümumilikdə din xadimlərinə olan diqqət və qayğısından danışan Lökbatan məscidin imamı Faiq Əhmədov dindən istifadə edərək bəzən insanlar arasında, cəmiyyətdə çaşqınlıq yaratmaq və bununla da öz məkrli niyyətlərini həyata keçirmək istəyən qüvvələrdən danışdı. Qeyd etdi ki, “Oxu” kəlməsi ilə başlayan İslam dininin ilkin çağırışlarından biri insanları cəhalətdən qurtulub düşünməyə, təfəkkür etməyə, elmə yiyələnməyə dəvət etmək olmuşdur.
   Tədbirin sonunda gəncləri maraqlandıran suallarla cavblar verildi.

Keçidlər