Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilmişdir

09 fevral 2013 | 11:00

Qaradağ Rayon İcra Hakimiyyətinin 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasıının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 15 yanvar 2012-ci il tarixli iclasındaki nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilmişdir.
Yığıncağın işində rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin 220 nəfər nümayəndəsi iştirak etmişdir.
Hesabat yığıncağının işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və Milli Məclisin Deputatları Ağalar Vəliyev iştirak etmişlər.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və ictimaiyyətin nümayəndələri tərəfindən Heydər Parkında Ulu Öndərin abidəsi ziyarət edərək abidənin önünə gül dəstələri qoymuşlar.
Hesabat yığıncağında “Qaradağ Rayon İcra Hakimiyyətinin 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 15 yanvar 2012-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə” rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun məruzəsi dinlənilmişdir.
Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə Boss Şelf MMC-nin baş direktoru İxtiyar Axundov və Qaradağ Telefon Qovşağının rəisi Oqtay Həsənov çıxış etmişlər.
Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək 2012-ci il ərzində respublikamızın əldə etdiyi uğurlar haqqında danışmışdır.
Hesabat yığıncağının işində iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev respublikada görülən işlər barədə ətraflı məlumat vermişdir.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edilmişdir.
Hesabat yığıncağını yekun sözü ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmiş və onu əmin etmişdir ki, rayonumuza səfərləri zamanı verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.
 

Keçidlər