“Mənim hüquqlarım”
23 may 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində Uşaq hüquqlarının öyrənilməsinə həsr olunmuş dəyirmi masa keçirildi. Uşaqlarla görüşdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi böyük məsləhətçi Ruslan İsmayılov, rayon Polis İdarəsinin azyaşlılarla profilaktik işin təşkili bölməsinin əməkdaşı polis polkovnuk-leytenantı Anar Hüseynov iştirak edirdi.
Dəyirmi masa başlanmazdan əvvəl məktəbli uşaqlar arasında ingilis dilində bilik yarışması keçirildi. Yarışın nəticələrinin yoxlanılması zamanı isə dəyirmi masa öz işini çıxışlar və müzakirələrlə davam etdirdi.
Tədbiri Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov giriş sözü ilə başladı. O, tədbirin keçirilmə səbəblərini, məqsəd və vəzifələrini izah edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan hüquqları günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq hər il 18 may - 18 iyun tarixlərində Respublikamızda “İnsan hüquqları aylığı” keçirilir və bugünki tədbir də həmin aylığa aid olan tədbirlər planının tərkib hissəsidir. Sonra mövzu ətrafında müzakirələrə başlandı. Çıxış edən şəxslər, Rayon Poilis İdarəsinin əməkdaşı A.Hüseynov, Heydər Əliyev Mərkəzinin baş fond mühafizi L.Nəcəfova, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi S.Şıxəliyeva, 233 № li məktəbin tarix müəllimi Azər Allahverdiyev qeyd etdilər ki, BMT tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası” tarixi Ümumdünya Uşaq Hüquqları” günü kimi tanınır. Azərbaycan da həmin beynəlxalq təşkilatın üzvü kimi bu istiqamətdə əməli tədbirlər həyata keçirir. BMT-nin müvafiq konvensiyasına uyğun olaraq qəbul edilmiş “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının qanunundan və bu sahədə görülmüş işlərdən söhbət açıldı. Uşaqların hüquqlarının müdafiəsi, onların öyrənilməsi və təbliğ edilməsi ilə bağlı fikir mübadilələri aparıldı. Rayon İcra Hakimiyyəti təmsilçisi diqqətə çatdırdı ki, İcra Hakimiyyətinin xüsusi göstərişi ilə rayon ərazisində yerləşən bütün məktəblərdə “İnsan hüquqları aylığı” çərçivəsində müvafiq tədbirlərin keçirilməsinə artıq start verilmişdir.
Uşaqların maraq dairəsinə daxil olan suallara açıqlamalar verildikdən sonra görüşün sonunda intellektual oyununn qalibləri müvafiq dərəcəli diplomlar və medallarla təltif edildilər.