Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir

08 fevral 2013 | 11:00

06 fevral 2013-cü il tarixində Qaradağ rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini Zəfər Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Təhməz Abbasov və Rayon Ağsaqqallar Şurasının üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Şuranın sədri Təhməz Abbasov açaraq son bir ildə görülən işlər barədə danışdı və gündəlikdə duran məsələləri konfrans iştirakçılarının nəzərinə çatdırdı. Daha sonra edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Zəfər Əliyev cəmiyyətimizdə ağsaqqalların nüfuzundan və onlara göstərilən dövlət qayğısından danışdı.
Tədbir Respublika Ağsaqqallar Şurasının qurultayına rayondan göndəriləcək nümayəndələrin seçilməsi ilə başa çatdı.
 

Keçidlər