Müqəddəs Pasxa Bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün tədbir keçirildi
06 may 2019-cu il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq sarayında Müqəddəs Pasxa bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin, Azərbaycan Ukrayna Konqresinin sədri Yuriy Osadçenko, Rus provaslav kilsəsinin nümayəndəsi, Qaradağ rayonunda yaşayan bir qrup slavyanəsilli sakinlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbiri açaraq, Müqəddəs Pasxa Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyü, tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənməsini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikultural ənənələrə söykənən ictimai münasibətlərin təbliği və təşviq edilməsi fəaliyyətimizin başlıca istiqamətlərindən biridir.
Sonra Rus dilində təhsil ocaqlarının, mədəniyyət evlərinin, mətbuat orqanlarının, televiziya verilişlərinin olmasının dövlət tərəfindən daim dəstəklənməsi və bu sahədə görülən işlərin genişlənməsi hər birimizi öz vətənimizdəki kimi hiss etməyimizə əminlik yaradır.
Milli Məclisin deputatı Mixail Zabelin Qaradağ rayonunda Pasxa bayramının yüksək səviyyədə keçirilməsini, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri olduğunu qeyd edərək, rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmişdir. Qeyd olunmuşdur ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. Qaradağ rayonunda da bu müqəddəs ənənələr həmişə qorunub saxlanlmaqdadır.
Azərbaycan Ukrayna Konqresinin sədri Yuriy Osadçenko Azərbaycanı tolerantlığın yüksək səviyyədə olduğu bir ölkə kimi dəyərləndirərək tarixi ənənələrə söykənən dostluq münasibətlərindən danışmış, tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənilməsini diqqətə çatdırmışdır.
Sonra Rus Provaslav kilsəsinin nümayəndələri tərəfindən xeyir-dua edilmiş, dini ayinlər icra olunmuşdur.
Tədbir bədii, əyləncəli proqramla davam etmişdir.