Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Azərbaycan Gənclər günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

02 fevral 2013 | 11:00

01 fevral 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan Gənclər günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və digər qonaqlar iştirak etmişlər.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. Məhz 1996-cı ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumu keçirildiyini qeyd edərək, bunun məntiqi ardıcıllığı kimi isə dövlət başçısının 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Hal-hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələ yaşadığını, Prezident İlham Əliyevin ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini söyləmişdir. Bu gün dövlətimizin gənclər siyasətinin əsas istiqamətlərinin gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, gənclərinin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların edilməsi olduğunu vurğulamışdır.
Öz növbəsində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasının da mühüm yer tutduğunu qeyd etmişdir. Dövlət başçımızın ardıcıl səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyini, bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışlar etmələrinin bütün söylənənlərinin əyani sübutu olduğunu bildirmişdir.
Öz nitqində Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı idarə tərəfindən görülmüş işlər, “2 fevral gənclər günü” münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat vermişdir. Daha sonra çıxış edən rayonun fəal gəncləri onlara göstərilən diqqət və qayğıdan söz açaraq bundan sonrada hər zaman rayonun ictimai-siyasi həyatında daha da yaxından iştirak edəcəklərini bildirmişlər.
Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim edilmişdir.
 

Keçidlər