Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin аnаdаn olmаsının 96-cı ildönümünə həsr olunmuş cüdo üzrə açıq respublika turniri

03 may 2019 | 11:00

   02-03 may 2019-cu il tarixlərdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin аnаdаn olmаsının 96-cı ildönümü münasibətilə cüdo üzrə açıq Qaradağ rayon turniri keçirildi. Yarışın təşkilatçısı olan Qaradağ rayonu Lökbatan, Sahil, Ələt, Müşfiqabad, Qobustan, Sanqaçal qəsəbələrinin idman bölmələri ilə təmsil olunurdu. Bundan əlavə Respublikanın müxtəlif rayon və klublarından (Abşeron, Ağdam, Salyan, Gəncə, Qobustan, Yevlax, Sumqayıt-1, Sumqayıt UGİM, Qusar, Oğuz, Şamaxı, Siyəzən, Mingəçevir, Turan, Neftçi İK, Bakı UGİM) cüdoçular da qoşulmuşdular.
   Oğlanlar -42, -46, -50, -55, -60,-66, -73, +73, qızlar -52, -57, -63, +63 kg çəki dərəcələrində yarışırdılar.
   Açılış mərasimində  yarışın keçirilməsinə maliyyə dəstəyi göstərən  Bos Şelf şirkətinin baş direktorunun birinci müavini Nazim Hüseynov, Bakı şəhər  Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif  Abbasоv, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov iştirak edirdi. Çıxış edən natiqlər (R.Abbasov, N.Hüseynov ) Ümummilli Lider Heydər Əliyevin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasətinin uğurla nəticələnməsindən və bu siyasətin Dövlət Başçısı, Milli idmanımızın hamisi İlham Əliyev cənabları tərəfindən inamlı addımlarla davam etdirilməsindən danışdılar. Çıxışlarda qeyd olundu ki, Azərbaycanın müstəqil dövlət kimi özünü təsdiq etməsi və gündən-günə artan nüfuzu irimiqyaslı beynılxalq turnirlərin Respublikada keçirilməsinə səbəb olmuşdur.
   Tədbirin bədii hissəsində tanınmış estrada müğənniləri Elit star Cəmilə, Dana Durdana, Rövşən Cibiyev, Ayan rəqs qrupunun iştirakı ilə qısa konset verildi. 
   Bütün çəki dərəcələrində I, II, III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif edildilər. Tədbir efir vasitəsilə işıqlandırıldı

Keçidlər