Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirildi
07 may 2018-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Şəhidlər” Abidə Kompleksinin önündə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, müharibə veteranları, hərbiçilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqiqəlik sükutla yad edilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, veteranlar və Şura üzvləri hərbi vətənpərvərlik mövzusunda olan musiqi sədaları altında abidə önünə əklil və gül dəstələri qoydular.
Sonra rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildirdilər.