Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini maarifləndirmə: perspektivlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

02 may 2019 | 11:00

   Mayın 2-də Qaradağ Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Qobustan qəsəbəsində “Dini maarifləndirmə: perspektivlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbənin əməkdaşı Aslan Sultanov, Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov, dini icma nümayəndələri və gənclər iştirak ediblər.
   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov milli-mənəvi dəyərlərimizin təbliğində maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.
   Daha sonra çıxış edən Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov dini radikalizm və ekstremizmin fəsadlarından, gənclərin radikal meyillərdən qorunmasında həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən bəhs edib. Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və milli-mənəvi dəyərlərimizlə vəhdətdə olduğunu diqqətə çatdırıb.

Keçidlər