Şriftin ölçüsü :

Saytın rəngi :

Ələt qəsəbəsi

25 yanvar 2013 | 11:00

Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun inzibati ərazi vahidliyinə daxil olmuş və 1956-cı ildən Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.
24 yanvar 2013-cü ildə Ələt qəsəbəsindəki 110 saylı orta məktəbdə qəsəbə nümayəndəliyinin 2012-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda qəsəbə nümayəndəsi N.Mehdiyevin ötən il ərzində qəsəbədə görülmüş işlərə dair məruzəsi dinlənilmişdir.
 

Keçidlər