Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

19 aprel 2019 | 11:00

    Qobustan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir
   Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
    Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakini iştirak etmişdir.
   Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışmışlar. Qəsəbə sakinlərindən 4 nəfəri fərdi qaydada dinlənilmişdir. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin  həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami” çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.

Keçidlər