Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini maarifləndirmə: perspektivlər”

17 aprel 2019 | 11:00

     Aprelin 17-də Qaradağ Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Sahil qəsəbəsində “Dini maarifləndirmə: perspektivlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbənin əməkdaşı Aslan Sultanov, Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov, dini icma nümayəndələri və gənclər iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov milli-mənəvi dəyərlərimizin düzgün təbliğinin əhəmiyyətindən söz açıb. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov dini radikalizm və ekstremizmin fəsadlarından, xurafat və cəhalətə qarşı mübarizə metodlarından, gənc nəslin ənənəvi dini və milli dəyərlərimizin düzgün təbliği istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən bəhs edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov öz çxışında gənclərin radikal meyillərdən qorunmasında keçirilən maarifləndirici tədbirlərin vacib olduğunu qeyd edib.

Keçidlər