Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərə qarşı mübarizəyə qoşul” mövzusunda toplantı keçirildi

12 aprel 2019 | 11:00

   12 aprel 2019-cu il tarixdə Ələt qəsəbəsindəki 110 № li məktəbdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının təşkilatçılığı ilə “Narkotiklərə qarşı mübarizəyə qoşul” mövzusunda toplantı keçirildi. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi  Elçin Abbasov, rayon İH-nin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın məsul katibi Ruslan İsmayılov, rayon Polis İdarəsinin azyaşlılarla profilaktik işin təşkili bölməsinin əməkdaşı polis mayoru Aida Şirinova, həkim - psixoloq Aygül İbrahimova, məktəbin direktoru Şəfaət Orucova, müəllim və şagirdlər iştirak edirdi.
   Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi  E.Abbasov toplantının keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomanlığa qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirdi. O, cari ildə komissiya tərəfindən görülən işlər və aparılan maarifləndirmə tədbirlərindən danışdı. Rayon İcra Hakimiyyətinin təmsilçisi R. İsmayılov çıxış edərək narkomanlığa qarşı mübarizə sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ın icrası ilə bağlı görülməsi vacib olan işlərdən danışdı. Həkim – psixoloq A.İbrahimova narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotiklərin doğurduğu faciələrdən söhbət açaraq  narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin cəlb edilməsi, təşkilatlar və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd etdi.
    Rayon Polis İdarəsinin əməkdaşı polis mayoru A. Şirinova yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdı. Həmçinin məktəblilər arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizminə vurduğu zərərlərin nəticələrinə həsr olunmuş profilaktik tədbirlərin keçirilməsində zərurət olduğunu bildirdi və gənclərin kütləvi idman növlərinə cəlb edilməsinin daha böyük səmərə verəcəyindən söhbət açıldı.

Keçidlər