Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidlərin xatirəsinə həsr olunmuş Fri Fayting (Sərbəst döyüş) üzrə turnir

08 aprel 2019 | 11:00

   08 aprel 2019-cu il tarixdə Qaradağ Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Peşəkar Fri Fayting İdman Klubunun birgə təşkilatçılığı ilə Aprel şəhidlərin xatirəsinə həsr olunmuş Fri Fayting (Sərbəst döyüş) üzrə turnir keçirildi.
   Tədbirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Turnirin açılış mərasiminində iştirak edən Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov çıxış edərək qeyd etdi ki, turnirin keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik ruhunu artırmaq, vətənə məhəbbət hissini daha da gücləndirmək, şəhidlərin xatirəsini yad etmək, məktəbliləri idmana və bədən tərbiyəsinə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir. Bildirdi ki, belə tədbirlərin keçirilməsi milli vətənpərvərlik hissinin daha da artırılmasında, vətənə nümunəvi övladların yetişdirilməsində müstəsna əhəmiyyətə malikdir. 
   170 nəfərdən çox idmançının iştirak etdiyi yarışın ümumi yekun nəticələrinə əsasan qaliblər müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırıldılar.

Keçidlər