Şriftin ölçüsü :

Saytın rəngi :

“Qadın hüquqlarının müdafiəsi” adlı tədbir keçirldi

10 aprel 2019 | 11:00

   10 aprel 2019-cu il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qadın hüquqlarının müdafiəsi” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə ismayılova və şöbənin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Qaradağ Rayon Qeydiyyat Şöbəsinin rəisi Səidə Novruzova və bələdiyyə nümayəndələri iştirak etdilər.
   Tədbiri giriş sözü ilə açan RİHB-nın müavini Təranə İsmayılova cəmiyyətdə ailənin önəmi və milli-mənəvi dəyərlərdən bəhs etdi. Erkən nikahların uğursuzluğu, gender zorakılığın qarşısının alınması istiqamətində dövlət tərəfindən mühüm addımlar atıldığını və rayon ərazisində mütəmadi olaraq bu cür tədbirlərin keçirildiyini vurğulayıb. Tədbirin təşkilinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov çıxışında cəmiyyətdə ailə dəyərlərinin və qadın hüquqlarının qorunması istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
    Mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

Keçidlər