Şriftin ölçüsü :

Saytın rəngi :

Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlər və həlli yolları” mövzusunda müşavirə keçirib

12 aprel 2019 | 11:00

   12 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlər və həlli yolları” mövzusunda müşavirə keçirib.
   Müşavirədə Bakı Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, bələdiyyələrin nümayəndələri, çimərliklər kənarlarında yerləşən ictimai iaşə obyektlərinin sahibləri, rayonun idarə, müəssisə və aidiyyəti təşkilatların rəhbərləri iştirak etmişlər.
    Müşavirəni giriş sözü ilə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri və yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydalarının vacibliyini vurğuladı. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Müvəssil Allahverdiyev “Yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması”, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Kamal Mirzəyev “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, rayon Təxirəsalınmaz Təcili Tibbi yardım Stansiyasının baş həkiminin müavini Tahir Alıyev “2017-2018-ci illər üzrə müqayisəli statistika üzrə Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”,  rayon Gigiyena və Epidimiologiya Mərkəzinin bölmə müdiri Mürvət Abduləzizov “Dəniz suyunun təmizlik vəziyyəti”,  Rayon Polis İdarəsinin əməkdaşı Cavidan Rəhmanova “Çimərlikdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzusunda geniş çıxış etdilər.
    Həmçinin şəhərin çimərlik mövsümünə hazırlıq vəziyyəti ilə əlaqədar məlumat verilib, eyni zamanda, FHN-in fəaliyyət istiqamətləri haqqında sənədli film və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin videoçarxı nümayiş etdirilib.
  Bakı Regional Mərkəzinin rəis müavini general-mayor Kamil Bağırov tədbirə yekun vuraraq Qaradağ rayonu ərazisində yerləşən çimərliklərdə mövcud problemləri təhlil edib, çimmək üçün qadağan edilən yerlərə aidiyyəti orqanların nəzarətinin gücləndirilməsi və həmin yerlərdə qadağanedici işarələrin yerləşdirilməsinin vacibliyi bildirdi.

Keçidlər