Şriftin ölçüsü :

Saytın rəngi :

“Sosial tərəqqi və davamlı inkişaf” mövzusunda dəyrimi masa

10 aprel 2019 | 11:00

   10 aprel 2019-cu il tarixində Qaradağ rayonu Heydər Əliyev Mərkəzində  “Sosial tərəqqi və davamlı inkişaf” mövzusunda dəyrimi masa keçirilib.
   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bildirdi ki, ötən bir ildə də Prezident İlham Əliyevin sosial-iqtisadi sahədə həyata keçirdiyi  davamlı islahatlar sistemli və ardıcıl olub. Sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir. Döv¬lətin vətəndaş¬ların həyati tələbatları¬nın ödənil¬məsinə göstər¬diyi qayğı özü¬nü bilavasitə sosial təminat sistemində biruzə verir.
   Rayon icra hakimiyyəti başçısı diqqətə çatdırdı ki, Azərbaycanda 2003-cu ildən başlayaraq sosial-iqtisadi, siyasi, hüquqi və digər sahələrdə aparılan islahatların son bir ildə də ugurla davam etdirilib. Təkcə ötən bir il ərzində əldə olunan ugurların miqyasına baxmaq kifayətdir.  Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqram başa çatdı. Prezident  bölgələrə 24 dəfə səfər etdi, mühüm sosial və hərbi təyinatlı obyektlərin açılışını etdi. Avropa İttifaqı ilə Yeni Tərəfdaşlıq Prioritetləri müəyyənləşdi, Qoşulmama Hərəkatına sədrlik Azərbaycan həvalə edildi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalandı. O bildirdi ki,  2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanıldı, Naxçıvanda ugurlu Günnüt əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olundu.
    Ötən ilin mayında Cənub Qaz Dəhlizinin, iyunda isə onun mühüm hissələrindən biri olan TANAP-ın-Trans-Anadolu Boru Kəmərinin açılışının olması əlamətdar hadisələrdən biri kimi yadda qaldı.  Qaz istehsalı və nəqlinə yatırılmış investisiyaların ümumi həcmi 40 milyard dollara yaxındır. Ələt Beynəlxalq Ticarət Limanın  fəaliyyətə başlaması da bu dövrə təsadüf edir. Bütövlükdə bütün sahələrdə əldə olunan ugurlar bu siyasətə alternativin olmadıgını sübuta yetirir.
     YAP Qaradağ rayon təşkilatının sədri, Millət vəkili Aydın Hüseynov Azərbaycanın regionda, eləcə də dünyada əsas söz sahibinə çevrildiyini bildirdi.  Ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.
Millət vəkili bildirdi ki, dövlət başçısının sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Bu amili son illərin dövlət büdcəsinə nəzər salarkən aydın şəkildə görmək olar. 2019-ci ilin dövlət büdcəsinin 33,4 faizinin məhz sosialyönümlü xərclərə ayrılması bir daha təsdiqlədi ki, sosial müdafiənin təmin edilməsi ölkə rəhbərinin daim diqqət mərkəzində olan məsələdir.  Bu il əməkhaqqları 38 faiz artıb. Minimum pensiyaların məbləği də 38 faiz artaraq 116 manatdan 160 manata yüksəlib. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatının yaxşılaşdırılmasına yönəlib. İqtisadi islahatların nəticəsi olaraq ölkəmizdə əməkhaqları, pensiyalar da davamlı olaraq artırılacaq.
    Prezidentin 28 yanvar 2019-cu il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə daha 35 milyon manat ayrılıb və bu il  800 mənzilin verilməsi nəzərdə tutulub. 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılıb. Hazırda 12 mindən çox şəhid ailəsini əhatə edən bu təqaüdlər Prezidentin müvafiq tapşırıqları əsasında ötən dövrdə 3 dəfə artırılıb. Əhalini şoxdan narahat edən problemli kreditlərlə baglı məsəslə insanları razı slacaq formada öz həllini tapıb.
   A. Hüseynovun sözlərinə görə Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar nüfüzlü reytinq təşkilatları tərəfindən də təqdir edilir. Fransanın “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində keçirdiyi geniş rəy sorğusu bunu bir daha təsdiq edir. Xüsusi vurgulamaq lazımdır ki, adıçəkilən nüfuzlu təşkilat  2018-ci il prezident seçkiləri ərəfəsi də rəy sorgusu keçirmiş və ölkə əhalisi cənab İlham Əliyevə böyük dəstək nümayiş etdirmişdilər.  
   “Opinion Way”in “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına respondentlərin 93,1 faizi “hə” cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi “əsasən müsbət” kimi dəyərləndirib. Belə yüksək nəticə onunla izah edilə bilər ki, keçən il regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı uğurla başa çatıb, beşillik proqram artıqlaması ilə yerinə yetirilib. Respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspert qiymətləndirmələri ilə üst-üstə düşür.
   Millət vəkili qeyd etdi ki, paytaxta və bölgələrə səfərlərində vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumalara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatların uğurla davam edəcəyinə inam yaradır.
   Millət vəkili Tahir Mirkişili bildirdi ki, cari ildə dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.Sosial müdafiə sistemində yeni institut formalaşıb. Bütövlükdə, dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
   Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən birdəfəlik ödənişlərin verilməsi proqramı üçün 50 milyon manat vəsaiti ayrılıb. 2019-cu ildə təxminən 5000 köçkün ailəsinə yeni mənzillər veriləcək. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə isə 800 mənzil veriləcək, 7000 ailə özünəməşğulluq proqramından faydalanacaq.
   Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış «ASAN xidmət» mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış «müştəri məmnunluğu» ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir.
   Tədbirdə çıxış edən  3 saylı Texnoloji Nəqliyyat Departamentinin rəisi Nəriman Qurbanov, SOCAR Təlim Tədris Sertifikatlaşdırma İdarəsi Qobustan Regional mərkəzinin direktoru Nəzakət Məmmədova ötən bir ildə əldə edilən uguurların təməlində siyasi sabitlik faktorunun mühüm rol oynadıgını bildirdilər.            
   Gənc fəallar Seyidməmməd Məmmədzadə, Könül Əhmədova Prezident İlham Əliyevin gənclər siyasətindən bəhs etdilər. Azərbaycanda idarəetmə strukturlarında  gənclərə yüksək etimadın göstərilməsini bu siyasətin parlaq nümunəsi hesab etdilər.

Keçidlər