Şriftin ölçüsü :

Saytın rəngi :

Elmi-praktik konfrans keçirilmişdir

06 aprel 2019 | 11:00

    Aprelin 6-da 166 nömrəli məktəb-liseyin akt zalında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusu üzrə keçirilən referat müsabiqəsinin yekun konfransı keçirildi.
    Konfransda Bakı Şəhəri İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar mələlələr və Dini Qurumlarla İş şöbəsinin müdiri Elmin İmanov, Qaradağ Rayon  İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, rayonun məktəb direktorları və şagirdləri iştirak etmişdilər.
   Konfransı giriş sözü ilə 166 nömrəli məktəb-liseyin direktoru, Qaradağ rayonu üzrə müsabiqə komissiyasının sədri Şəmsi Qocayev açaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən bu müsabiqənin əhəmiyyətindən, iştirakçıların qazandığı nailiyyətlər haqqında məlumat verdi.
   Qaradağ Rayon  İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova keçirilən müsabiqənin məqsəd və məramının gənclərimizdə Azərbaycan tarixinə, millli-mənəvi dəyərlərimizə məhəbbətlə yanaşma və tarixinmizi daha dərindən öyrənməyə  maraq yaradacağını vurğuladı.
   Müsabiqədə referatları yüksək qiymətləndirilmiş 233 nömrəli tam orta məktəbin şagirdi Feyzili Şəbnəm, 294 nömrəli tam orta məktəbin şagirdi Fizzə Allahverdiyeva, 166 nömrəli məktəb-liseyin şagirdi Mədinə Məmmədova və digərləri çıxış edərək referatların tezislərini təqdim etdilər.
   Elmi-praktik konfransı Bakı Şəhəri İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar mələlələr və Dini Qurumlarla İş şöbəsinin müdiri Elmin İmanov yekunlaşdırıdı. O, müsabiqənin yekunlarına həsr edilmiş rayon konfranslarında dinlənilən referatların şagird yaradıcılığının məhsulu kimi sevindirici nüanslarından, gənclərimizdə tariximizə məhəbbətdən danışaraq qalibləri təbrik etdi.

Keçidlər