Ümid qəsəbəsi
Ümid qəsəbəsinin əsası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulmuş və 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. 2005-2008-ci illərdə Norveçin “Qaçqınlar Şurası” Beynəlxalq Humanitar Təşkilatının Qaradağ Rayon İcra Hakimiyyəti və Laçın rayonunun Mişni icması ilə birgə layihəsi əsasında Ümid qəsəbəsinin ərazisində adı çəkilən icmanın məcburi köçkünləri üçün 110 kotec tipli fərdi yaşayış evi inşa olunmuşdur.
22 yanvar 2013-cü ildə Ümid qəsəbəsindəki 294 saylı orta məktəbdə qəsəbə nümayəndəliyinin 2012-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda qəsəbə nümayəndəsi H.Babayevin ötən il ərzində qəsəbədə görülmüş işlərə dair məruzəsi dinlənilmişdir.