Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi xidmətə yolasalma mərasimi

03 aprel 2019 | 11:00

   Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında 28 fevral tarixli sərəncamınin icrası ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.
   Rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin birgə təşkilatçılığı ilə aprelin 3-də Heydər Əliyev  parkında  gənclərin hərbi xidmətə yola salınması münasibətilə təntənəli yolasalma mərasimi keçirildi. Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açaraq ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışdı. O, əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirdi.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisinin vəzifəsini müvəqqəti icra edən Rizvan Sadıqov qeyd etdi ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Xüsusi olaraq qeyd edildi ki, son illər rayonun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmamışdır. Bu da rayonun orta ümumtəhsil məktəblərində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyinin və şübhəsiz ki, Milli Ordumuza olan inamın əyani göstəricisidir. Digər  çıxış edənlər, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının  sədri Maqsud Heydərov, Milli Qəhrəman Cəmil Niftəliyevin anası Səliməgül Mütəllimova, valideyn Qərənfil İbrahimova ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışaraq, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etdilər. Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi arzuladılar.
   Tədbirin bədii hissəsində Ə.Əmirov adına Mədəniyyət Sarayının özfəaliyyət kollektivinin ifasında mahnı və rəqslər ifa olundu.
    Sonda çağırışçılar Azərbaycan marşı sədaları altında Dövlət Bayrağınının önündə dizi üstə  çökərək onu öpüb hərbi xidmətə yola düşdülər.

Keçidlər