Qaradağ rayonunda növbəti kənd təsərrüfatı malları yarmarkası təşkil olundu
30 mart 2019-cu il tarixində Qaradağ rayonunda növbəti kənd təsərrüfatı malları yarmarkası təşkil olundu
Qaradağ rayonun Lökbatan qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir. Yarmarkada mal, qoyun və quş əti, süd və süd məhsulları, yumurta, bal, alma, armud, qoz, fındıq və şabalıd, soğan, kartof, həmçinin buğda, arpa, qarğıdalı, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb.
Satış-yarmarkada yerli məhsullar alıcılara bazar qiymətindən 10-20 faiz ucuz təklif olunub.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarkanın məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaradılması olub. Alıcılar yarmarkadakı qiymətlərdən razı qaldıqlarını bildiriblər.
Satış-yarmarka hər həftənin şənbə və bazar günləri təşkil ediləcək.