Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda iməcilik keçirilmiş, 600 ağac əkilmişdir

30 mart 2019 | 11:00

   30 mart 2019-cu il tarixindən ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin edilməsi olduğundan keçirilmiş iməcilikdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov iştirak edib, Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarında 600 ədəd şam, kiparis və müxtəlif növ yerli iqlim şəraitinə uyğun həmişəyaşıl ağac əkilmişdir.
   Keçirilmiş iməcilikdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri yaxından iştirak edib.
   Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində təşkil edilən bu aksiya davam ediləcək, əkilən ağacların qorunması üçün müvafiq suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstəriləcək. “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağaclar əkiləcək.

Keçidlər