Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil qəsəbəsinin 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir

26 yanvar 2013 | 11:00

Sahil qəsəbəsi Qaradağ rayonunun ikinci böyük şəhərtipli qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən Sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.
25 yanvar 2013-cü il tarixində keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Ə.Fərəcov hesabat verərək qeyd etmişdir ki, 2012-ci il üçün də uğurlu il olmuşdur. Qəsəbədə həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Sahil qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Sahil qəsəbəsi ərazisindən keçən Bakı-Astara magistral yolunun ətrafının abadlaşdırılmış, 16 saylı peşə liseyinin yanında salınmış istirahət parkı, Milli qəhrəman Rövşən Rzayev adını daşıyan park əsaslı şəkildə yenidən qurulmuş, lövhələrdəki yazılar müasir görünüşlü yazılarla əvəz edilmişdir. Hal-hazırda Komsomol meydanında yeni salınmış istirahət parkında abadlıq işləri başa çatmaq üzrədir.
Bakı-Astara magistral avtomobil yolundan Sahil qəsəbə ərazisinə giriş hissəsinə 7-10 km yeni asfalt örtüyü döşənmişdir.
Eyni zamanda qəsəbənin təmirsiz qalmış küçələrinin müəyyən hissələrinə çınqıl tökülüb və yayılmışdır, o cümlədən Natiq Mustafayev və Emin Quliyev küçələrində çökək olan yerlərə asfalt örtüyü vurulmuşdur. Sahil qəsəbəsindəki “Şəhidlər kompleksi”nin ətrafında təmizlik – abadlıq işləri aparılmış, sınmış plitələr yeniləri ilə əvəz edilmişdir. “Soyqırım abidə”nin önündə də abadlıq və işıqlandırma işləri görülmüşdür.
Uzun illərdən bəri fasadları və dam örtükləri yararsız vəziyyətdə olan bir sıra çoxmərtəbəli yaşayış binalarında təmir işləri aparılmışdır. Binalarda plastik pəncərələr qoyulmuş, fasadlarına bütövlükdə müasir bəzəkli üzlük daşı və üzlük plitəsi vurulmuşdur, o cümlədən işıqlandırma işləri də aparılmışdır. Hal-hazırda Əliyar Gülbabayev küçəsi 2, 4, 6, 16,16 A, 18 və 20 saylı binalarda bu işlər davam etdirilir.
Bundan başqa, qəsəbə sakinlərinin Qaradağ Sement zavoduna işə rahat gediş-gəlişi üçün, yeni səki çəkilmiş, o cümlədən yeraltı keçid təmir olunmuş və işıqlandırma işləri görülmüşdür.
Uzun müddət qəsəbədə yararsız avtobus dayanacaqları yeni müasir tipli dayanacaqlarla əvəz edilmişdir.
Hesabat dövründə yeni istehsal müəssisələrinin tikintisi və iş yerlərinin açılması istiqamətlərində xeyli işlər görülmüşdür. Belə ki, Sahil qəsəbəsinin inzibati ərazisində “Holcim - Azərbaycan” ASC-nin yeni Sement Zavodu, Qaradağ Metal Konstruksiyalar Zavodu istifadəyə verilmişdir. Bu iki müəssisənin işə düşməsi 350-yə yaxın yeni iş yerləri deməkdir. Yaxın zamanda Sahildə Gəmiqayırma zavodunun inşası kimi nəhəng layihələrin icrası nəticəsində qəsəbədə yeni iş yerləri açılacaqdır.
 

Keçidlər