Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu ərazisində fəaliyyət göstərən obyektlərdə yanğından mühafizənin yoxlanılması məqsədi ilə monitorinqlərin təşkil edilməsi üzrə rayon komissiyası yaradıldı

29 mart 2019 | 11:00

    Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 28 mart 2019-cu il tarixində keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı 29 mart 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun sədrliyi ilə iclas keçirilib.
   İclasın işində rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən Ticarət Mərkəzlərinin və əhalinin kütləvi toplandığı ictimai iaşə obyektlərinin məsul işçiləri iştirak edib.
   İclasda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov martın 26-da Bakının Nizami rayonundakı ticarət mərkəzlərinin birində yanğın baş verməsi ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyev tərəfindən dərhal operativ müşavirə çağırıldığını və orada müvafiq strukturlara tapşırıqlar verdiyini bildirmişdir.
   İclas zamanı Qaradağ rayonunda fəaliyyət göstərən Ticarət Mərkəzləri, əhalinin kütləvi toplandığı ictimai iaşə obyektləri, həmçinin onların ətrafındakı obyektlərin yanğından mühafizəsinin  norma və tələblərinə uyğunluğunun  monitorinqi və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə komissiya yaradılıb.
   Yaradılmış komissiyaya görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və dərhal monitorinqlərə başlanılması tapşırılıb.

Keçidlər