Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon məktəblilərinin Naxçıvan Muxtar Respublikasına səfəri uğurla başa çatmışdır

18 mart 2019 | 11:00

    18 Mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Qaradağ rayonunun da yuxarı sinif şagirdlərinin daxil olduğu Bakı məktəblilərinin Naxçıvan Muxtar Respublikasına olan səfəri başa çatmışdır.
   15 mart 2019-cu il tarixində Naxçıvan Beynəlxalq Hava limanında bayram əhval-ruhiyyəsi ilə qarşılanan paytaxt məktəbliləri birinci gün Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyində olmuşlar. Sonra Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq muzeyi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu ilə tanış olmuşlar.
   İkinci gün Ordubad rayonunda Ordubad şəhər 3 nömrəli tam orta məktəbi, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeylərində olduqdan sonra Culfa rayonunda Gülüstan türbəsi, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə tanış olmuşlar.
   Məktəblilər üçüncü gün  Şahbuz rayonuna səfər etmişlər. Orada “Farma-Şah” MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası, Ağbulaq İstirahət Mərkəzində olmuşlar. Daha sonra Naxçıvan Biznes Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi ilə yaxından tanış olmuş, Naxçıvan Musiqi Kollecinin tələbələrinin konsertindən xüsusi zövq almışlar.
   Sonuncu gün isə Naxçıvan şəhərində şagirdlər Qarabağlar Türbə Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi,  Naxçıvan Biznes Mərkəzi, Gənclər Mərkəzi, Naxçıvan Dövlət Tarix Muzeyi, Hüseyn Cavid məqbərəsi, Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanış olmuşlar.
   Naxçıvan Muxtar Respublikasına 4 günlük səfər edən Qaradağ məktəblilərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Qaradağ RİH başçısının müavini Təranə İsmayılova və İH məsul əməkdaşları qarşıladılar. Gənclər Azərbaycan Dövlət Televiziyasına müsahibə verdilər və layihə barədə xoş təəssüratlarını bölüşdülər. Qaradağ məktəbliləri bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını və bunun üçün də cənab Prezidentə öz təşəkkürlərini bildirdilər.
      Hava limanından Qaradağ rayonu Heydər Əliyev Mərkəzinə gələn məktəblilər burada valideynlərinə təhvil verildilər.

 

Keçidlər