Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə dəyirmi masa ətrafında görüş

05 mart 2019 | 11:00

   04 mart 2019-cu il tarixdə “5 mart-Bədən tərbiyəsi və idman  günü”nə   həsr olunmuş rayon idmançıları ilə görüş   keçirildi. Görüşdə  Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, məşqçi-müəllimlər, idmançılar iştirak etdi.
   Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və idman İdarəsinin rəisi Elçin Abbasov qısa məlumat verərək bildirdi ki, “5 mart-Bədən tərbiyəsi və idman  günü” ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun idarə tərəfindən cüdo üzrə açıq rayon birinciliyi, dama, atletika və stolüstü tennis üzrə turnirlər keçirilmişdir. Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan söhbət açaraq bu uğurlu yolun Azərbaycan Respublikasının Prezidenti, milli idmanımızın hamisi cənab İlham Əliyev tərəfindən böyük inamla davam etdirilməsindən danışdı.
   Qeyd olundu ki, Puta, Sanqaçal və Ələt qəsəbələrində idman zalının və mini futbol meydançasının, Qobustan qəsəbəsində idman zalının tikintisi  Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planına salınmışdır. Tezliklə tikilərək sakinlərin ixtiyarına veriləcək həmin idman mərkəzləri şübhəsiz ki, rayonda idmanın inkişafına və bədən tərbiyəsinin kütləviləşməyinə daha böyük təkan verəcəkdir.
   Tədbirdə iştirak edən 11 saylı Uşaq Gənclər və İdman Məktəbinin direktoru Natiq Ələkbərov və digər məşqçilər idmançılara verilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkür edərək gənclərin bir şəxsiyyət kimi böyüməsində  Dövlət Gənclər siyasətinin rolundan, peşəkar idmançılar vasitəsilə Azərbaycanın imicinin beynəlxalq aləmdə formalaşdırılmasının əhəmiyyətindən danışdılar. Çıxışlarda həmçinin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayonda yaradılmış gözəl şəraitdən danışıldı. Tədbirin sonunda dünya, Avropa çempionatlarında, beynəlxalq turnirlərdə yüksək nəticələr göstərmiş idmançılar diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Mükafatlanma mərasimi başa çatdıqdan sonra xatirə fotoşəkilləri çəkildi.

Keçidlər