Dünya şöhrətli xalq yazıçısı Çingiz Abdullayevlə görüş
Sahil qəsəbəsindəki 273 nömrəli tam orta məktəbdə "Mütaliəni həyat tərzinə çevirək" devizi ilə silsilə tədbirlər keçirilir. Belə tədbirlər şagirdləri bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin mütaliəsinə həvəsləndirir. Onlardan biri də fevral ayında keçirilən dünya şöhrətli xalq yazıçısı Çingiz Abdullayevlə görüş oldu. Tədbirin fevral ayında keçirilməsi heç də təsadüfi deyildir. 21 fevral "Ana dili "günü olduğu üçün həmin ərəfədə keçirildi. Tədbir məktəbin foyesindən başlandı. İbtidai sinif şagirdləri yazıçını ona həsr olunmuş şeir və gül-çiçəklə qarşıladılar. Daha sonra Çingiz Abdullayev skripkaçı qızların ifasında Ü.Hacıbəyovun "Arazbarı" simfonik muğamının sədaları altında yazıçının 2004-cü ildə məktəbimizdəki ilk görüşdən olan şəkillərinin sərgisilə tanış oldu. Görüşdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, ATİAHİ Qaradağ RK sədri Zümrüd Rzayeva, 253, 228, 319 saylı məktəblərin direktorları dəvət olunan qonaqlar qismində iştirak etdilər. Xalq yazıçısı Çingiz Abdullayev şagird və müəllimlər tərəfindən ona ünvanlanan suallara ətraflı cavab verdi. Çingiz Abdullayev şagirdlər tərəfindən hazırlanmış öz əsərlərindəki personajların çıxışlarını maraqla qarşıladı. Sevdiyi bəstəkar T.Quliyevin bəstələmiş olduğu lirik mahnıları böyük həvəslə dinlədi. Tədbir çox yüksək əhval-ruhiyyə ilə sona çatdı. Sonda tədbir iştirakçilarına və şagirdlərə öz imzası ilə kitablarını bağışladı. Bu görüş şagird və müəllim kollektivində illərlə yaddaşlardan silinməyən təəssürat yaratdı.