Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin məşğulluğun artırılması məqsədi ilə görüş

04 mart 2019 | 11:00

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamı və ölkə əhalisinin məşğulluğunun təmin edilməsi haqqında verdiyi göstərişləri Qaradağ Rayon İcra Hakimiyyətinin gündəlik diqqət mərkəzindədir.
    Bu istiqamətdə Qaradağ rayonunda da əhalinin məşğulluğu istiqamətində xeyli işlər görülməkdədir.
   Belə ki, rayon İcra hakimiyyətinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən rayon Məşğulluq Mərkəzi ilə birgə rayonda fəaliyyət göstərən müəssisə və təşkilatlarda mövcud olan vakansiyalar barədə məlumatlar mütəmadi olaraq görüşlərdə, qəbullarda, sosial şəbəkələr vasitəsi ilə rayon əhalisi məlumatlandırılır.
   Qaradağ Rayon İcra Hakimiyyətinin inzibati binasında və yerlərdə keçirilən səyyar görüşlər zamanı bu işlər müraciət edən vətəndaşlara təklif edilir.
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Ümid qəsəbəsində əhali ilə səyyar görüşündə Ümid qəsəbəsində ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən inşa edilmiş yeni çoxmərtəbəli yaşayış binalarına digər ünvanlardan köçürülmüş sakinlərin işsizliklə bağlı müraciətlərinin çox olduğunu nəzərə alaraq qəsəbədə Qaradağ rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəsmi nümayəndələri ilə görüş keçirilib.
   Görüşdə “Bosşelf”, “Holcim-Azərbaycan”, 5 saylı Dəmir Yolu İdarəsi, Sanqaçal Elektrik Stansiyası, “Abşeron Port” Logistika mərkəzinin rəsmi nümayəndələri iştirak edirdilər.
    Görüş zamanı Ümid qəsəbə sakinlərinə mövcud olan vakant iş yerləri təklif edilmiş, gələcəkdə tələbat olacaq ixtisaslar barədə ətraflı məlumat verilmişdir.

Keçidlər