Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcəkdir

28 fevral 2019 | 11:00

 Hörmətli rayon sakinləri!


 Xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatınının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir. Yarmarkaya gələn vətəndaşlara Respublikamızın bölgələrindən gətirilmiş məhsullar sərfəli qiymətə təklif ediləcəkdir.


  Yarmarka martın 2-dən 16-dək həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün şəhərimizin sakinlərinə xidmət göstərəcəkdir.


   Ünvan:  Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, İdman Olimpiya Bazasının qarşısında olan sahə

Keçidlər