12 avqust – Beynəlxalq Gənclər Günüdür
12 avqust 2024-cü il tarixdə Heydər Əliyev Mərkəzində “12 avqust - Beynəlxalq Gəncləri Günü”nə həsr olunmuş “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəıyirmi masa keçirildi.
Dəyirmi masada Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Qaradağ ayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktor müavini Leyla Nəcəfova, Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin sədri Niyaz Eyvazov, Lökbatan bələdiyyəsinin sədr müavini Aytən Alısoy, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qaradağ rayon filialının sədri Maqsud Heydərov iştirak edirdi.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və şəhidlərin ruhu sükutla yad edildi.
Daha sonra Azərbaycanda gənclər hərəkatının tarixindən danışıldı və tarixin müxtəlif tarixi mərhələlərində gənclərin rolu qeyd vurğulandı. Qeyd olundu ki, 1998-ci ilin 08-12 avqust tarixlərində Lissabonda gənclər sahələri üzrə nazirlərin görüşü olmuş və həmin dövlət məmurları tərəfindən qarşılıqlı beynəlxalq əməkdaşlıq sahəsində bir sıra razılaşmalar əldə edilmiş, görüşün yekun iclasın keşirildiyi gün, yəni 12 avqust “Beynəlxalq gənclər günü” kimi dünya gənclərinin həyatına daxil olmuşdur.
Rayon İcra Hakimiyyətinin təmsilçisi Səmayə Şıxəliyeva Azərbaycan dövlətinin gənclər siyasətini həmişə dövlətin prioritet məsələsi kimi qəbul etdiyini və bu yönümdə həyata keçirdiyi əməli işləri iştirakçıların nəzərinə çatdırdı.
Çıxış edən digər şəxslər verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə olkə Başçısı İlham Əliyevə minnərdar olduqlarını söylədilər.
Dəyirmi masada iştirak edən qəbul imtahanlarında yüksək bal toplamış abituriyent gənclərə təhsildə və şəxsi həyatlarında uğurlar diləndi.
Tədbir sual-cavab mərhələsi ilə sona çatdı.