“İlham Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri” mövzusunda elmi-praktiki konfrans
20 fevral 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “İlham Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri mövzusunda elmi-praktiki konfrans keçirildi.
Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edirdi.
Konfransı giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov açdı. O, elmi-praktiki konfransın keçirilməsinin məqsəd və vəzifələrini, ölkənin sosil-iqtisadi inkişadında gənclərin rolunun əhəmiyyətini söyləyərək konfransın proqramı ilə iştirakçıları tanış etdi.
Çıxışını Ulu Öndərin aforizmə çevrilmiş “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlmələri ilə başlayan millət vəkili Aydın Hüseynov iqtisadiyyatın hər bir millətin gələcəyini müəyyən edən əsas sahələrdən biri olduğunu dedi. Qeyd olundu ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmizdə dayanıqlı inkişafın Azərbaycan modeli yaradılmışdır. Azərbaycanın sosial-iqtisadi inkişafını mərhələli şəkildə təhlil edən millət vəkili 2003-cü ildən başlayaraq Azərbaycanın həyatında yeni bir səhifə açıldığını, bu illər ərzində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsini, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin yaranması və digər irimiqyaslı layihələri diqqətə çatdırdı.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan gəncliyinin bugünki dövrünü ötən əsrin 90-cı illərinin əvvəlləri ilə müqayisə edərək onun tarix üçün qısa, lakin görülən işlər mahiyyəti ilə böyük olan 30 ilə yaxın bir dövr ərzində çox çətin və şərəfli bir yol keçdiyini qeyd etdi. Deyildi ki, bəşər sivilizasiyasının ilk beşiklərindən hesab edilən Azərbaycan zəngin keçmişə, böyük tarixə, çoxşahəli iqtisadiyyata malik olan nadir ölkələrdəndir. Ancaq vacib şərtdir ki, öz iqtisadiyyatını özün və düşünülmüş tərzdə müəyyən edəsən. Regionların sosial inkişafı üzrə həyata keçirilən dövlət proqramlarında gənclərin rolundan danışan R.Abbasov əlavə edərək bildirdi ki, hazırda Azərbaycan gənci Avropa məkanında beynəlxalq fondlara ən çox layihə təqdim edən və onu rellaşdıran gənclərdən biridir.
Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova çıxış edərək söylədi ki, Azərbaycan Avroatlantik məkanda həm mühüm tranzit ölkəyə, həm nəhəng iqtisadi layihələrin təşəbbüsçüsünə və təşkilatçısına çevrilməklə yanaşı, o bernəlxalq layihələri bacarıqla reallaşdıran etibarlı tərəfdaş kimi tanınır. Qeyd etdi ki, Azərbaycanın yeni neft strategiyasının gətirdiyi sürətli inkişaf bu layihələrdə xüsusi yeri olan Qaradağ rayonunun sosial-iqtisadi mənzərəsini də əsaslı şəkildə yeniləyir. Qaradağ artıq təkcə Bakının deyil, ümumilikdə respublikanın ən böyük sənaye mərkəzlərindən birinə çevrilib. Bu gün buradan Azərbaycanın neft-qaz kəmərləri ilə yanaşı, yeni nəqliyyat arteriyası da dünyaya açılır. Bu inkişaf tempinin zaman miqyasında ən mühüm göstəricisi Prezident İlham Əliyevin rayona səfərləridir. Dövlət başçısı son 10 ildə Qaradağ rayonuna dəfələrlə gələrək müxtəlif sənaye və infrastruktur obyektlərinin açılışında iştirak edib. Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Azərbaycanı Avropa-Asiya, Şimal-Cənub nəqliyyat arteriyalarında başlıca mərkəzə çevirəcək möhtəşəm layihənin başlanğıcıdır.
Daha sonra konfrans panellər üzrə davam etdirildi. Panellərdə “Gənclərin Azərbaycanın sosial-iqtisadi inkişafında yeri və rolu, “Müasir Azərbaycanda iqtisadi inkişaf-təhsil, səhiyyə və mədəniyyət”, “Azərbaycanda sosial-iqtisadi inkişafın istiqamətləri” mövzularında məruzələr dinlənildi və müzakirələr aparıldı