Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

31 yanvar 2019 | 11:00

    31 yanvar 2019-cu il tarixində  Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
    Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri və qəsəbə sakinləri iştirak etilər.
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi  üzrə nümayəndəsi Ə.Hüseynov öz çıxışında 2018-ci  il ərzində qəsəbədə həlli vacib məsələlərin həll edildiyini bildirdi və qeyd etdi ki, rayonda aparılan abadlıq və quruculuq işləri çərçivəsində qəsəbədə yeni park və yaşıllıq zolağı salınmış, 100-dən çox müxtəlif növlü dekorativ ağaclar əkilmiş, eyni zamanda əhalini narahat edən və uzun illərdir təmirsiz olan Qızıldaş-Lökbatan avtomobil yolu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən əsaslı şəkildə təmir edilib. Eyni zamanda hesabat ilində  Qəsəbə sakinlərini narahat edən problemlər araşdırılmış, məsələnin həlli üçün lazımi tədbirlər görülmüşdür.
     Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri məruzəyə  münasibət bildirdirərək  qəsəbədə həlli vacib məsələlərə toxundular.    Sonda  2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin  hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar  müvafiq tədbirlərin görülməsi və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.

Keçidlər