Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

25 yanvar 2019 | 11:00

   25 yanvar 2019-cu il tarixində Sahil qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
  Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, rayon təsərrüfat sahələrinin rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, Sahil qəsəbə sakinləri iştirak etmişlər.
  Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəsi Ə.Fərəcov hesabat verərək ötən ildə də qəsəbədə abadlıq və quruculuq işlərin görüldüyü bildirib. Qəsəbədə rayon İcra hakimiyyəti tərəfindən yeni yaşıllıq zolağı salınıb, 1000-dən çox müxtəlif növlü dekorativ ağaclar əkilib, yeni abad məhəllə salınıb. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Qəsəbə sakinlərini narahat edən problemlər də Sahil qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həlli üçün lazımi tədbirlər görülmüşdür.
   Daha sonra Sahil qəsəbə sakini R.Şahverdiyev çixiş edərək Qaradağ rayonunun Sahil qəsəbəsində həyata keçirilən quruculuq və abadlıq işləri qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılandığını bildirmişdir.
   Rayon rəhbəri tərəfindən qəsəbə sakinlərindən 10 nəfəri fərdi qaydada dinləmişdir. Çıxış edən qəsəbə sakinləri ölkə başçısına öz dərin təşəkkürlərini bildirmişlər. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
   Hesabat yığıncağında Sahil qəsəbə sakinləri nümayəndəliyin 2018-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.

Keçidlər