Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolu” adlı layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

23 yanvar 2019 | 11:00

   Yanvarın 23-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icmasının “Milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolu” adlı layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
   Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbənin əməkdaşı Fuad Şirinov, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov və qəsəbə sakinləri iştirak ediblər.
   Tədbiri giriş sözü ilə açan dini icma sədri F.Əhmədov dini maarifləndirmə işinin əhəmiyyətindən, gənclər arasında radikal dini təbliğata qarşı mübarizənin vacibliyindən söz açıb.
   Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən A.Kazımov ölkəmizdə yüksək səviyyədə formalaşmış din-dövlət münasibətlərinə toxunub, dövlətimizin milli-mənəvi dəyərlərin təbliğinə göstərdiyi hərtərəfli dəstəkdən bəhs edib, milli-mənəvi dəyərlərin xalqımızın ən qiymətli sərvəti olduğunu, bu sərvətə hər zaman sahib çıxmalı olduğumuzu diqqətə çatdırıb.
   Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər