Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qobustan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

22 yanvar 2019 | 11:00

   22 yanvar 2019-cu il tarixində Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
   Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qobustan qəsəbəsi üzrə nümayəndəsinin müavini Osman Quliyev hesabat verərək qeyd etdi ki, 2018-ci il Qobustan qəsəbəsi üçün olduqca uğurlu bir olmuşdur. Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
   Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Qobustan qəsəbəsində 17 saylı BŞX-nın binası yenidən inşa edildi. Müasir dövrün tələblərinə cavab verən möhtəşəm xəstəxana binasının açılışında cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etdi. Təbii ki, görülmüş işlər göz qabağındadır və bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Qəsəbə sakinlərini narahat edən problemlər də Qobustan qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həli üçün lazımi tədbirlər görülmüşdür.
   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinləmişdir. Çıxış edən qəsəbə sakinləri ölkə başçısına öz dərin təşəkkürlərini bildirmişlər. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
   Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2018-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.

Keçidlər