Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon gəncləri Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində ekuskursiyada

19 dekabr 2018 | 11:00

    19 dekabr 2018-ci il tarixdə rayon ərazisində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində rayon gənclərinin ekuskursiyası  təşkil olundu.
   Görüşdə rayonun Sahil qəsəbəsində yerləşən Dəniz Nəqliyyatı, Gəmiqayırma, Liman işləri üzrə Bakı Dövlət Peşə Mərkəzinin şagirdləri  və rayonun çağrış yaşlı gəncləri iştirak etdi.
   Qaradağ rayon Gənclər və İdman  İdarəsinin rəisi Elçin Abbasov bildirdi ki, hər təqvim ili üçün rayon ərazisindəki hərbi hissələrlə birgə tərtib olunmuş tədbirlər planına əsasən gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək, onlarda hərbi sənətə maraq oyatmaq məqsədilə  gənclərin müntəzəm olaraq hərbi hissələrin şəxsi heyəti ilə görüşləri keçirilir və bugünki görüş də həmin tədbirlər planına daxil olan bəndlərdən biridir.
   Bundan əlavə söylənildi ki, Qaradağ rayonunda fəaliyyət göstərən Dəniz Nəqliyyatı, Gəmiqayırma, Liman işləri üzrə Bakı Dövlət Peşə Mərkəzinin ölkədə bu sahə üzrə ilk və yeganə peşə təhsili mərkəzi olduğunu nəzərə alaraq görüşə həmin müəssisənin şagirdləri də cəlb edilmişdir.
   YAP Qaradağ rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusupov gənclərlə keçirdiyi görüşlərə və eyni zamanda rayon üzrə keçirilən tədbirlərdə hərbi hissələrin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsinin fəal iştirakına görə hərbi hissə rəhbərliyinə təşəkkür etdi.
   Görüş gənclərin hərbi texnika – gəmilərlə tanışlığı ilə davam etdirildi. Hərbi Dəniz Qüvvələrinin zabiti hərbi gəminin fəaliyyət istiqaməti, şəxsi heyəti, döyüş qabiliyyəti və davamlılığı haqqında iştirakçılara ətraflı məlumat verdikdən sonra gənclər hərbi hissənin şəraiti ilə də yaxından tanış oldular. Tədbir çay süfrəsi ətrafında yekunlaşdı. Peşə Mərkəzinin şagirdləri  və  çağrış yaşlı gənclərin sualları zabitlər tərəfindən cavablandırıldı. Həm hərbi hissənin şəxsi heyəti, həm də hərbi hissənin qonaqları görüşdən məmnun olduğunu bildirdilər. Dəniz Nəqliyyatı, Gəmiqayırma, Liman işləri üzrə Bakı Dövlət Peşə mərkəzinin direktoru Şakir Hüseynov göstərilən qonaqpərvərliyə, verilən izahatlara və hərbi hissənin şəraiti ilə tanışlıq üçün yaradılan şəraitə görə rəhbərliyə təşəkkür etdi və öz növbəsində peşə mərkəzində keçirilən vətənpərvərlik mövzularındakı tədbirlərə hərbi hissənin şəxsi heyətinin iştirak etməyə dəvət etdi.

Keçidlər