“Milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Dekabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Qaradağ Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsi məscidində “Milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov, Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov belə maaarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağın hər birimizin üzərinə düşən vəzifə olduğunu qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov milli-mənəvi dəyərlərin xalqımızın ən qiymətli sərvəti olduğunu, bu sərvətə hər zaman sahib çıxmalı olduğumuzu diqqətə çatdırıb..
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.