Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehsan mərasimləri təşkil olunmuşdur.
12 dekabr 2018 | 11:00
12 dekabr 2018-ci il tarixində Qaradağ rayonunun bütün qəsəbələrində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehsan mərasimləri təşkil olunmuşdur.
Mərasimdən öncə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini yad edərək Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri qoyaraq öz dərin ehtiramlarını bildirmişlər.
Sonra rayonun bütün qəsəbələrində ehsan mərasimləri Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxunmaqla başlamış, ehsan süfrələri açılmış, daha sonra ağsaqqallar Ulu Öndərin Qaradağa səfərləri ilə bağlı şəxsi xatirələrini söyləmişlər.