Lökbatan qəsəbəsi
Lökbatan qəsəbəsi Qaradağ rayonunun mərkəzi şəhərtipli qəsəbəsidir. Lökbatan adının yaranma tarixi hazırkı Xocasən və Sanqaçal qəsəbələri arasında olan karvan yolunun olması ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır.
Lökbatan qəsəbəsinin əsası 1931-1934-ci illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub. Həmin dövrdə qəsəbənin indiki S.Orucov küçəsində qamış tipli evlərdən ibarət olan ilk yaşayış massivi salınmışdır. Lökbatan qəsəbə inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur.
18 yanvar 2013-cü ildə Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına Mədəniyyət Sarayında qəsəbə nümayəndəliyinin 2012-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Yığıncağın işində rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov iştirak etmişdir.
Yığıncaqda qəsəbə nümayəndəsi O.Sadıqovun ötən il ərzində qəsəbədə görülmüş işlərə dair məruzəsi dinlənilmişdir.