Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qanvermə aksiyası keçirildi

13 dekabr 2018 | 11:00

   Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Sədərək” firmasının nəzdindəki “Sabit Mühafizə Xidməti” MMC-nin inzibatı binasında Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qanvermə aksiyası keçirildi.
   Təbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “Sədərək” firmasının və “Sabit Mühafizə Xidməti” MMC-nin məsul şəxsləri iştirak etmişlər.
   Ulu Öndər Heydər Əliyevin anım mərasimi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada “Sədərək” firmasının və “Sabit Mühafizə Xidməti” MMC-nin işçiləri yüksək həvəslə və könüllü olaraq iştirak etmiş, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist aksiyaya qoşulmuşlar.
   Bu xeyriyyə aksiyasının keçirilməsi zamanı Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunmuşdur. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilmişdir. Nəzərə alınmışdır ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.
   Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirmişlər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etmişlər.
   Aksiya iştirakçıları üçün qanvermə aksiyasından sonra istirahət üçün lazımi şərait yaradılmış, çay, kofe, konfet və biskvit məmulatlarının müxtəlif çeşidləri ilə zəngin olan şirniyyat süfrəsi açılmışdır.

Keçidlər