Qaradağ rayonu 9 nömrəli Xüsusi İnternat məktəbində maarifləndirmə tədbiri keçirilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq 04 dekabr 2018-ci il tarixində Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 9 nömrəli Xüsusi internat məktəbində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun məsul əməkdaşı Eldar Sadıqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Seymur Quliyev, Bakı şəhər Narkoloji Dispanserinin həkim narkoloqu Vəfa Əliyeva, , müəllimlər və gənclər iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova rayon İcra hakimiyyətində fəaliyyət göstərən müvafiq komissiyanın gördüyü işlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Narkotiklərə qarşı mübarizədə hər bir fərd vətəndaş mövqeyindən çıxış edərək bu bəlaya laqeyd qalmamalı, cəmiyyətimizin və dövlətimizin gələcəyinin sağlam gənc nəsillərdən asılı olduğunu, onların pis və zərərli vərdişlərdən uzaq duraraq müasir informasiya-telekommunikasiyalardan istifadə edib daha faydalı məlumat və biliklərə yiyələnməli olduqlarını xüsusi vurğuladı.
Daha sonra mövzu ətrafında çıxış edən digər natiqlər dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi qeyd etdilər.
Eyni zamanda tədbir çərçivəsində Dövlət Komissiyasının işçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.