03 dekabr-Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirilmişdir.
03 dekabr 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova çıxış edərək 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunmasını Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğının nəticəsi kimi qiymətləndirmişdir. Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün əlillər üçün tikilən yaşayış sahələrini, sağlamlıq mərkəzlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinin bariz nümunəsi olduğunu bildirmişdir.
Daha sonra Qaradağ rayon Gözdən Əlillər Cəmiyyətinin sədri Cəlaləddin Bayramov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə əlillər adından minnətdarlığını bildirmişdir.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 100 aztəminatlı ailəyə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı verilmişdir.