Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlara qarşı zorakılıq və sui-istifadə hallarının qarşısının alınması” mövzusunda treninq keçirilmişdir

20 yanvar 2013 | 11:00

18 yanvar 2013-cü il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Uşaqlara qarşı zorakılıq və sui-istifadə hallarının qarşısının alınması” mövzusunda treninq keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyət başçısının müavini Zəfər Əliyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının Hüquqi maarifləndirmə şöbəsinin müdiri Rəşid Rumzadə və digər qonaqlar iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev dövlətimizin müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə insan hüquq və azadlıqlarının, xüsusən də uşaq hüquqlarının müdafiəsi istiqamətində çox mühüm işlərin görüldüyünü vurğulamışdır. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də uşaq və yeniyetmələrə, gənclərə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edərək, onların problemlərinin həlli ilə bağlı xüsusi dövlət proqramları və milli fəaliyyət proqramının təsdiqləndiyini qeyd etmişdir. Daha sonra çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının Hüquqi maarifləndirmə şöbəsinin müdiri Rəşid Rumzadə bu gün ki treninqin mahiyyəti barədə ətraflı danışmışdır. O qeyd etmişdir ki, UNİCEFF-in Azərbaycandakı nümayəndəliyi uşaqlara qarşı zorakılığın cavablandırılması sisteminin qiymətləndirilməsi sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) öz texniki dəstəyini göstərərək, keçiriləcək araşdırmaların məişət və müəssisələrdə uşaqlara qarşı zorakılığın cavablandırılması və qarşısının alınması sisteminin təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Tədbirin sonunda hər bir iştirakçıya 50 sualdan ibarət sorğu blankları təqdim edilərək onlardan alınan cavablar toplanmışdır.
 

Keçidlər