Şriftin ölçüsü :

Saytın rəngi :

“1 dekabr-QİÇS-lə beynəlxalq mübarizə günü”nə həsr olunmuş “QİÇS-in qurbanı olmamaq səndən asılıdır” mövzusunda dəyirmi masa

29 noyabr 2018 | 11:00

   29 noyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “1 dekabr - QİÇS-lə beynəlxalq mübarizə günü”nə həsr olunmuş “QİÇS-in qurbanı olmamaq səndən asılıdır” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada  Respublika QİÇS-lə  Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova, rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nurlanə Əliyeva,  4 № li Birləşmiş Uşaq Xəstəxanasının həkimi Xəyalə Məmmədova, müəllimlər və gənclər iştirak edirdi.
   Tədbiri giriş sözü ilə açan  rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov əsrin bəlasına çevrilmiş QİÇS-in insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən və bu sahədə görülən işlərdən, keçirilən tədbirlərdən söhbət açdı. Qeyd etdi ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir.  İcra Hakimiyyətinin təmsilçisi N.Əliyeva dəyirmi masanın təşkili üçün  təşəkkürünü bildirdi və dövlətimizin sosial yüksəlişi, işıqlı gələcəyi naminə gənc nəsli sağlamlıqlarını qorumağa və diğər gənclərin, həmyaşıdlarının sözügedən məsələdə maarifləndirməyə səslədi.
  Dəyirmi masada Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova və 4 № li Birləşmiş Uşaq Xəstəxanasının həkimi Xəyalə Məmmədova “İİV və QİÇS (AİDS) nədir?”, “HİV  necə ötürülür?”, “QİÇS-dən necə müdafiə oluna bilərik?” mövzuları üzrə çıxış edərək QİÇS-in günümüzün ən aktual problemlərindən biri olduğunu qeyd etdilər. Onun dünyaya sürətlə yayılmasını və hər il minlərlə insanın ölümünə səbəb olan ciddi xəstəlik olduğunu söyləyən mütəxəssislər bu xəstəliyə qarşı təkcə tibbi yolla deyil, psixoloji və ciddi maarifləndirmə işləri ilə mübarizə aparmaq lazım olduğunu diqqətə çatdırdılar. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İİV/QİÇS və HCV-nin profilaktikası, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə bukletlər paylandı.

Keçidlər