Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

29 noyabr 2018 | 11:00

   Noyabrın 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Qaradağ Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 106 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
  Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov, Samirə Rəhimli və Günel Zahidova, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov, məktəbin direktoru Təranə Qasımova və şagirdlər iştirak ediblər.
   DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov din və dəyər məfhumlarının mahiyyətindən, İslam dininin xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasındakı rolundan bəhs edib, həmin dəyərlərin qorunmasında gənclərin üzərinə düşən vəzifələrin icrasının vacibliyini qeyd edib.
   Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər