Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya dövlətin əsas qanunudur

12 noyabr 2018 | 11:00

   12 noyabr 2018-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə dəyirmi masa keçirilmişdir.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas etdiyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd etdi. Bildirdi ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından isə ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
   Daha sonra çıxış edən İctimai-siyayi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Konstitusiyamızın hazırlanmasında və qəbul olunmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, zəhməti olduğunu qeyd edərək, Ulu Öndərin Azərbaycanın hərtərəfli tərəqqisinə yönəlmiş müdrik dövlətçilik siyasətinin mühüm tərkib hissəsi kimi yeni Konstitusiyanın qəbul edilməsinin ölkəmizin həyatında, gələcəyində müstəsna əhəmiyyətli hadisə olduğunu qeyd etdi. Natiq 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətin əsas qanununu qəbul edə bilmədiyini, ona görə də Azərbaycanın Konstitusiya quruluşu tarixinin SSRİ dövrünə təsadüf etdiyini qeyd etdi. Bugünkü Konstitusiyanın Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş ilk Konstitusiya olduğunu vurğuladı. Konstitusiyamızda dövlətimiz tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini bildirdi.
   Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında edilmiş dəyişikliklər barədə iştirakçıların diqqətinə çatdırdı.
   Digər çıxış edən natiqlər gənclərin konstitusiyanı daha mükəmməl öyrənmələrini tövsiyə etdilər. Tədbiri Təranə İsmayılova yekunlaşdıraraq tədbir iştirakçılarına təşəkkür etd və gələcək fəaliyyətlərində uğurlar dilədi.

Keçidlər