Şriftin ölçüsü :

Saytın rəngi :

09 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “ Bayrağımız qürurumuzdur” mövzusunda dəyirmi masa keçirildi.

07 noyabr 2018 | 11:00

      07 noyabr 2018-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 09 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “ Bayrağımız qürurumuzdur” mövzusunda dəyirmi masa keçirildi.
      Tədbirdə Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Nadir Muradov, Təranə İsmayılova və  rayon ictimaiyyətinin nümayəndələri iştirak  edirdilər.
      İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
     Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda fəaliyyət göstərən 5 nömrəli Uşaq İncəsənət Məktəbi və 7 nömrəli Bakı Uşaq və Gənclər İnkişaf  Mərkəzinin Milli Bayrağımızı əks etdirən rəsmlərindən və əl işlərindən ibarət guşə ilə tanış oldular. Sonra məktəblilərin ifasında Azərbaycan bayrağını əks etdirən seirlər səsləndirildi. 
    Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov  09 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışdı.
   Sonra Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyini, sovet imperiyasının əsarətindən qurtulandan sonra yenidən bərpa olunduğunu qeyd etdi. Bildirdi ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edildi.  1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti  “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi.
   Natiq üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapdığını qeyd etdi. Hazırda üçrəngli bayrağımızın dünya dövlətlərinin bayraqlarının sırasında dalğalanması hər bir azərbaycanlı kimi bizim də qəlbimizdə qürur hissi doğurur.
   Digər çıxış edənlər – Lökbatan qəsəbəsindəki 166 nömrəli tam orta məktəbin direktoru Şəmsi Qocayev və 288 nömrəli tam orta məktəbin direktor müavini Tamilla Babaşova bildirdilər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında, eləcə də 2009-cı il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamlar dövlətimiz tərəfindən milli atributlarımıza verilən yüksək dəyərdir. Bundan başqa Bayraq Meydanlarının yaradılması cəmiyyətimizdə, xüsusilə də gənclərimizdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir.
   Tədbirdə qeyd edildi ki, dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi hər bir ölkə vətəndaşının müqəddəs borcudur.

Keçidlər