20 Yanvar faciəsi iştirakçıları ilə görüş keçirilmişdir.
17 yanvar 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində 20 Yanvar faciəsini əlilləri ilə görüş keçirilmişdir.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov iştirak etmişdir.
Görüş zamanı Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 20 Yanvar faciəsinin Azərbaycan xalqının qürur ünvanına çevrildiyini bildirmişdir.
Cənab Süleyman Mikayılov tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.
20 Yanvar faciəsi iştirakçıları ilə görüşdən videoçarx
Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yarandığı qeyd edərək, məhz dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli liderimiz Heydər Əliyevin hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadimlərdən olduğu vurğulamışdır.
Başçı qeyd etmişdir ki, ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
20 Yanvar hadisələrinin hər il yüksək səviyyədə anıldığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində 20 Yanvar şəhid ailələri və əlillərinin mənzil və digər məişət problemlərinin öz həlli tapdığını, onlara prezident təqaüdünün verildiyini nəzərə çatdırmışdır.
Görüşün sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfində rayon ərazisində yaşayan bir 20 Yanvar şəhidi ailəsinə və on üç əlilə maddi və ərzaq yardımı verilmişdir.