Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz uşaq hüquqları haqqında nə bilirik”

31 oktyabr 2018 | 11:00

   31 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində “Bizim  hüquqlarımız gələcəyimizin təminatıdır” mövzusunda dəyirmi masa keçirildi. Uşaqlarla görüşdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov və məktəb müəllimləri iştirak edirdi. Dəyirmi masadan öncə uşaqlar arasında ingilis dilində bilik yarışı keçirildi. Bilik yarışında çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova yarış iştirakçılarına uğur dilədi və onlara milli və ümumbəşəri dəyərlərə yiyələnməyi və daim öz üzərlərində çalışaraq bilik dairələrini genişləndirməyi tövsiyyə etdi. Daha sonra tədbir öz işini Mərkəzin konfrans zalında davam etdirdi.
   Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov açdı. O, qeyd etdi ki, BMT tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası” tarixi Ümumdünya Uşaq Hüquqları” günü kimi tanınır. Azərbaycanda həmin beynəlxalq təşkilatın üzvü kimi bu istiqamətdə əməli tədbirlər həyata keçirir.
   Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova 20 oktyabr-20 noyabr tarixlərdə uşaq hüquqları aylığı çərçivəsində ölkə ərazisində silsilə tədbirlər keçirildiyini söyləyərək rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən rayonun qəsəbələri üzrə müvafiq mövzuda tədbirlərin keçirilməsini diqqətə çatdırdı. O, uşaq hüquqlarının qorunması, öyrədilməsi və tətbiq olunması ilə bağlı dövlət tərəfindən görülmüş işlərdən, Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələrdən söhbət açdı.
   288 № li məktəbin tarix müəllimi Sabir Kazımov uşaq hüquqlarının müdafiəsi mexanizmləri, BMT-nin müvafiq konvensiyasına uyğun olaraq qəbul edilmiş “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının qanunundan və bu sahədə görülmüş işlərdən danışdı.
Uşaqların hüquqlarının müdafiəsi, onların öyrənilməsi və təbliğ edilməsi ilə bağlı fikir mübadilələri aparıldı, uşaqlar tərəfindən verilən suallara açıqlamalar, izahlar verildi.
    Tədbirin sonunda uşaq hüquqları ilə bağlı ingilis dilində keçirilən bilik yarışının qalibləri müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırıldılar.

Keçidlər