Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz uşaq hüquqları haqqında nə bilirik”

24 oktyabr 2018 | 11:00

    24 oktyabr 2018-ci il tarixdə Qaradağ Gənclər Evində “Uşaq hüquqları aylığı” çərçivəsində “Biz uşaq hüquqları haqqında nə bilirik” mövzusunda dəyirmi masa keçirildi. Uşaqlarla görüşdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Polis İdarəsinin əməkdaşı Ramin Hacıyev iştirak edirdi.
    Gənclər evində yaradılmış şəraitlə qonaqlar tanış olduqdan sonra Art klubda nümayiş etdirilən rəsm sərgisinə baxış keçirildi. Daha sonra tədbir dəyirmi masada davam etdirildi.
    Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyd etdi ki, BMT tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası” tarixi Ümumdünya Uşaq Hüquqları” günü kimi tanınır. Azərbaycan da həmin beynəlxalq təşkilatın üzvü kimi bu istiqamətdə əməli tədbirlər həyata keçirir.
     Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva 20 oktyabr-20 noyabr tarixlərində uşaq hüquqları aylığı çərçivəsində ölkə ərazisində silsilə tədbirlər keçirildiyini nəzərə çatdırdı. Qeyd etdi ki, rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən rayonun qəsəbələri üzrə müvafiq mövzuda tədbirlərin keçirilməsi planlaşdırılmışdır və keçirilən tədbir də həmin tədbirlərin tərkib hissəsidir.
     228 № li məktəbin tarix müəllimi Vüsalə Əliyeva uşaq hüquqlarının müdafiəsi mexanizmləri, BMT-nin müvafiq konvensiyasına uyğun olaraq qəbul edilmiş “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının qanunundan və bu sahədə görülmüş işlərdən söhbət açdı.
       Uşaqların hüquqlarının müdafiəsi, onların öyrənilməsi və təbliğ edilməsi ilə bağlı fikir mübadilələri aparıldı.

Keçidlər